Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Yanvar 2025 20:08
"Kəpəz"in baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 19-cu turunda "Turan Tovuz"a 5:2 hesabı ilə qalib gəldikləri oyunla bağlı fikirlərini bölüşüb.
Sonxeber.net xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib:
"Əvvəlcə 20 Yanvar faciəsi ilə bağlı şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Xırda anlaşılmazlığa görə də Tovuz azarkeşlərindən üzr istəyirəm. Futbolda belə şeylər hərdən baş verir. Fanatlar var olsunlar. Oyunlar azarkeşlər ilə gözəldi. Çətin qarşılaşma oldu. Rəqibin əsas müdafiəçilərinin olmaması bizim üstünlüyümüz idi. Uşaqları matça yaxşı kökləmişdik. Şükürlər olsun ki, görüşün sonuna kimi mübarizə apara-apara qalib gəldik. Futbolçular meydançada istədiklərimizi həyata keçirə bildilər. Onları təbrik edirəm. Gəncədən təşrif buyuran öz azarkeşlərimizə də minnətdaram. Qələbədə payları var". (qol.az)