Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukraynada savaşın bitməsinə belə mane olub

Ukraynada savaşın bitməsinə belə mane olub

Tarix: 20 Yanvar 2025 19:38

2022-ci ilin sonunda ABŞ Baş Qərargah Rəisləri Komitəsinin sədri Mark Milli Kiyevə cəbhədəki uğurlardan istifadə edərək Moskva ilə danışıqlar aparmağı təklif etdi, lakin Dövlət katibi Entoni Blinken bunun əleyhinə çıxdı.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, Blinken ukraynalılara silah yardımı, Rusiyaya iqtisadi sanksiyalar tətbiq etməyə razılaşan 50-yə yaxın ölkədən ibarət koalisiya yaradaraq, Ukraynanı dəstəkləməyə çağırmaqda fəallıq göstərib:

"Rusiya və Ukrayna danışıqlara can atmadığı üçün Blinken "daha az sülhməramlı" idi. Xüsusilə, o, Ukraynaya güclü silahların göndərilməsi üçün Pentaqon rəsmiləri ilə tez-tez mübahisə edirdi. Və 2022-ci ilin sonunda Mark Milli Ukrayna tərəfinə döyüş meydanındakı qələbələrdən istifadə edərək sülh danışıqlarına başlamağı təklif edəndə Blinken mübarizənin davam etdirilməli olduğunu təkid etdi".


Etiketlər:  Ukraynada savaşın bitməsinə belə mane olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ