Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Yanvar 2025 23:30
"Bu gün Amerikanın tam bərpasına yol açacaq bir sıra tarixi sərəncamlar imzalayacağam".
Sonxeber.net xəbər verir ki, bu sözləri ABŞ-nin 47-ci Prezidenti Donald Tramp yanvarın 20-də keçirilən andiçmə mərasimində bildirib.
Andiçmə mərasimində Donald Tramp ölkənin yeni prezidenti kimi ilk addımlarını açıqlayıb. O, sərhədlərin möhkəmləndirilməsinə və qeyri-qanuni miqrasiyanın qarşısını almağa dair təşəbbüslərini diqqətə çatdırıb:
"Cənub sərhədimizdə milli fövqəladə vəziyyət elan edəcəyəm. Bu andan etibarən, qeyri-qanuni yollarla ölkəyə girişlər tamamilə dayandırılacaq və milyonlarla cinayətkar elementin öz ölkələrinə qaytarılması prosesinə start veriləcək. Ölkəmiz üçün fəlakətə çevrilmiş bu axını durdurmaq məqsədilə cənub sərhədimizə qoşun göndərəcəyik", - deyə Tramp vurğulayıb.
Dövlət başçısı həmçinin narkokartellərin "terror təşkilatı" kimi tanınmasına dair fərman imzalamağı planlaşdırdığını açıqlayıb. (Metbuat.az)