Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Yanvar 2025 10:22
Ən çox şikayət olunan operator və provayderlərin adları açıqlanıb.
Sonxeber.net bildirir ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi vətəndaşların xidmətlərindən narazı qaldıqları telekommunikasiya operator və provayderlərinin siyahısını dərc edib.
Qrumun əməkdaşı Tural İbadlının sözlərinə görə, 2025-ci il yanvarın 1-nə olan məlumata görə, "E-Şikayət"ə edilən müraciətlərin sayı 4500-ə çatıb. Onların 90,9%-i ilkin müraciət mərhələsində icra edilib, 6,5% civarında olan müraciətlər subyektlər tərəfindən icra mərhələsindədir.
Qurumdan oda bildirilib ki, şikayət olunan operator və provayderlər xidmətlərindəki boşluqları aradan qaldırmadıqları təqdirdə inzibati məsuliyyətə cəlb oluna bilərlər. /Xezerxeber.az