Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Xalça diyarına səyahət” uşaq festivalı öz işinə başlayıb

“Xalça diyarına səyahət” uşaq festivalı öz işinə başlayıb

Tarix: 7 Dekabr 2019 15:55

Bakı. Trend:

Dekabrın 7-si və 8-i Azərbaycan Milli Xalça Muzeyində “Xalça diyarına səyahət” uşaq festivalı keçirilir.

Trend-in məlumatına görə, muzeyin Uşaq şöbəsinin 10 illik yubileyinə həsr olunmuş festival iştirakçıları üçün əyləncəli viktorina, nağıl qəhrəmanları ilə kvest oyunu, ustad dərsləri təşkil olunacaq, onlara kukla tamaşaları göstəriləcək.

Sürprizlərlə dolu festivalda uşaqlar möhtəşəm karnaval, Transformers Bumblebee şou sevinci yaşayacaq, atəşfəşanlıqdan zövq alacaq, müxtəlif hədiyyələr qazanacaqlar.

Festival günlərində Azərbaycanda akkreditə olunmuş bir sıra səfirliklərin əməkdaşları, "Gülsam" Əlillərin Reabilitasiya İctimai Birliyi, Uşaq şöbəsinin dərnək üzvləri xeyriyyə satış-yarmarkası təşkil edəcək.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə baş tutacaq tədbirə qatılan uşaqlar xəyallarından silinməyəcək festival həyəcanı yaşayacaqlar!

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az


Etiketlər:  Xalça diyarına səyahət uşaq festivalı öz işinə başlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ