Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Magistraturada ödənişsiz təhsil alacaq tələbələrin sayını Nazirlər Kabineti müəyyənləşdirəcək

Magistraturada ödənişsiz təhsil alacaq tələbələrin sayını Nazirlər Kabineti müəyyənləşdirəcək

Tarix: 7 Dekabr 2019 17:56

Bakı. Trend:

Nazirlər Kabineti 2010-cu il 12 may tarixli 88 nömrəli Qərarı ilə təsdiq edilmiş “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nda dəyişiklik edib.

Trend-in Nazirlər Kabinetinin saytına istinadən məlumatına görə, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

Sənədə görə, magistraturaya müvafiq ixtisaslar üzrə qəbul olunacaq tələbələrin sayı mövcud maddi-texniki baza və elmi-pedaqoji potensial nəzərə alınmaqla, Nazirlər Kabineti tərəfindən müəyyənləşdiriləcək.

Dəyişikliyin tətbiqi ilə əlaqədar dövlət sifarişi və dövlət hesabına təhsil alan tələbələrin təhsil haqqı üçün tələb olunan xərclər Azərbaycan Respublikasının dövlət büdcəsində bu məqsəd üçün nəzərdə tutulmuş vəsait dairəsində maliyyələşdiriləcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Magistraturada ödənişsiz təhsil alacaq tələbələrin sayını Nazirlər Kabineti müəyyənləşdirəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ