Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Yanvar 2025 21:10
İranın nüvə obyektlərinə hücum etmələri İsrail və ABŞ-ın ağılsızlığı olardı.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu İran xarici işlər naziri Abbas Arakçı deyib.
"Açıq şəkildə bildirdik ki, nüvə obyektlərimizə edilən istənilən hücum dərhal və qətiyyətli cavab alacaq. Amma belə dəlilik edəcəklərini düşünmürəm. Bu bütün region üçün çox ciddi fəlakətə gətirib çıxaracaq", - nazir bildirib.