Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda bankların kredit portfeli artıb

Azərbaycanda bankların kredit portfeli artıb

Tarix: 30 Yanvar 2025 16:12

Azərbaycanda bankların kredit portfelinin artımı ötən ilin dekabr ayında da davam edib.

Sonxeber.net Mərkəzi Banka istinadən xəbər verir ki, hesabat ayında bankların kredit portfeli 0.4% və ya 109.5 milyon manat artaraq 27,5 milyard manat olub.

Kredit portfelinin strukturu:
ı) biznes kreditləri - 53.8% (14,787.2 mln. manat);
ıı) istehlak kreditləri - 30.7% (8,445 mln. manat)
ııı) ipoteka kreditləri - 15.5% (4,245.5 mln. manat).
Ümumilikdə, 2024-cü ildə bankların kredit portfeli mütləq ifadədə 4,294.7 mln. manat (o cümlədən biznes kreditləri 2,170.4 mln. manat, istehlak kreditləri 1,508 mln. manat, ipoteka kreditləri 616,4 mln. manat) artıb.

Cəmi kredit portfelində (BOKT-lar və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0.3 faiz bəndi azalaraq 1.5% təşkil edib.


Etiketlər:  Azərbaycanda bankların kredit portfeli artıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ