Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ticarət mərkəzində şübhəli əşya aşkar edilib - İnsanlar təxliyə edilib

Ticarət mərkəzində şübhəli əşya aşkar edilib - İnsanlar təxliyə edilib

Tarix: 8 Dekabr 2019 07:44

Bakı. Trend:

Venesuela paytaxtının hakimiyyət orqanları şübhəli bir əşyanın aşkarlanmasına görə ticarət mərkəzinin bütün işçilərinin və ziyarətçilərinin təxliyə edilməsini qərara alıblar.

Trend-in məlumatına görə, bu barədə "El Nacional" qəzeti bildirib.

Məlumata əsasən, söhbət Karakasın Baralt prospektində yerləşən "Metro Center" ticarət mərkəzi haqqında gedir. Bolivar Milli Kəşfiyyat Xidmətinin əməkdaşlarının artıq hadisə yerinə gəldiyi qeyd olunur.

Yerli hakimiyyət hadisə ilə bağlı hələ şərh verməyib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Ticarət mərkəzində şübhəli əşya aşkar edilib İnsanlar təxliyə edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ