Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukrayna ABŞ qarşısında şərt qoydu

Ukrayna ABŞ qarşısında şərt qoydu

Tarix: 4 Fevral 2025 19:04

Ukrayna ABŞ-yə ölkənin nadir torpaq resurslarına çıxış təqdim etməyə hazırdır.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə nəşrin Ukrayna mənbələri məlumat veriblər.

Onların sözlərinə görə, bunun baş verməsi üçün rəsmi Vaşinqton sözügedən resursların Rusiyanın ixtiyarına keçməyəcəyinə dair zəmanətlər verməlidir:

"Ukrayna nadir torpaq mineralları ilə bağlı sövdələşmələr üzrə ABŞ ilə əməkdaşlıq etməyə hazırdır. Bir şərtlə ki, ABŞ bu resursların Rusiyanın əlinə düşməsinin qarşısını almaqdan ötrü yetərli təhlükəsizlik zəmanətləri verəcək".

Bildirilir ki, Ukraynada 20-dən çox mühüm nadir torpaq minerallarının yataqları var. Onların dəyəri bir neçə trilyon dollar həcmində qiymətləndirilir.


Etiketlər:  Ukrayna ABŞ qarşısında şərt qoydu


RƏYLƏR