Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Fevral 2025 08:02
İngiltərə Liqa Kubokunda ikinci finalçı bəlli olub.
Sonxeber.net xəbər verir ki, yarımfinalda "Liverpul" və "Tottenhem" komandaları qarşılaşıb.
Görüş Mersisayd təmsilçisinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bununla da, "Liverpul" adını finala yazdırıb. Klub finalda "Nyukasl" ilə qarşılaşacaq.
Həlledici oyun martın 16-da Londondakı "Uembli" stadionunda keçiriləcək.