Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Trampın şərəfinə adını DƏYİŞDİ

Trampın şərəfinə adını DƏYİŞDİ

Tarix: 7 Fevral 2025 18:02

Avstriyalı siyasətçi ABŞ Prezidenti Donald Trampın şərəfinə rəsmi olaraq adını dəyişib.

Sonxeber.net xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.

"Qərbi Avstraliyanın parlamentinin yuxarı palatasının müstəqil deputatı Ben Dokinz ABŞ Prezidenti Donald Trampdan ilhamlanaraq rəsmi şəkildə soyadını Ostin Tramp olaraq dəyişdirib", - nəşr qeyd edib.

Siyasətçinin sözlərinə görə, bu addım hazırda parlamentdə çoxluğa malik olan mərkəzçi-sol Leyborist Partiyasına qarşı etiraz aktı olub. Parlamentin rəsmi saytında o, artıq "avstraliyalı Tramp" kimi qeyd olunub.

Siyasətçi, həmçinin adının dəyişdirilməsini təsdiqləyən sənədin fotoşəklini də dərc edib. /Report


Etiketlər:  Trampın şərəfinə adını DƏYİŞDİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ