Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Veteran pulu'' bu tarixdə artırılacaq

''Veteran pulu'' bu tarixdə artırılacaq

Tarix: 7 Fevral 2025 22:36

"Müavinət və təqaüdlərdə yaxın zamanlarda artım müşahidə olunacaq".

Sonxeber.net xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov ATV kanalında yayımlanan "Xəbərin Olsun" verilişində deyib.

Deputatın sözlərinə görə, növbəti ayın ikinci yarısından Nazirlər Kabineti müavinət və təqaüdlərin artırılması ilə bağlı təkliflərini dövlət başçısına təqdim edəcək. Bununla da, müavinət və təqaüdlərdə artım olacaq.

Vüqar Bayramovun sözlərinə görə, artımlara müxtəlif növ müavinətlər, o cümlədən "veteran pulu" adlandırılan 80 manat da daxil olacaq.


Etiketlər:  Veteran pulu tarixdə artırılacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ