Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Dekabr 2019 06:00
Bakı. Trend:
"Yamasakura" adlanan Yapon-Amerika komanda-qərərgah təlimləri Tokionun şimalındakı Asaka hərbi bazasında başlayıb.
Trend-in məlumatına görə, təlimlər dekabrın 16-na qədər davam edəcək.
Məşqlər zamanı kompüterlərdə rəqibin iri miqyaslı hücumunun əks olunduğu məşq edilir. Bura düşmən desantının enməsinə, böyük şəhərlərdə kütləvi təxribat, kibernetik və elektron müdaxilələrə qarşı tədbirlər daxildir.
Yapon-Amerika "Yamasakura" təlimləri mütəmadi olaraq 1982-ci ildən keçirilir. Təlimlərdə Avstraliya və Kanada silahlı qüvvələrinin müşahidəçiləri də iştirak edir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin