Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Fevral 2025 10:25
İzmirin Torbalı rayonunda notariusda işləyən və çəkdirdiyi məlumatlandırıcı videolarla sosial mediada fenomenə çevrilən Sibel Keskinerdən bir müddətdir ki, xəbər yox idi.
Keskinerlə bağlı maraqlı təfərrüatlar üzə çıxıb.
Sonxeber.net.Az Onedio-ya istinadən xəbər verir ki, Çorum İl Təhlükəsizlik Müdirliyi KOM Şöbə Müdirliyi qrupları tərəfindən həyata keçirilən əməliyyatda saxta sənədlərlə sənəd alqı-satqısı həyata keçirməyə çalışan dəstə məhv edilib. Əməliyyatda saxlanılanlar arasında olan Sibel Keskinerin də həbs olunduğu öyrənilib.
İddialara görə, Keskiner saxta vəkalətnamələrin hazırlanmasında fəal rol oynayıb.