Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Fevral 2025 07:05
Müğənni İzzət Bağırov "Efirdən kənar" verilişində qonaq olub.
Sonxeber.net xəbər verir ki, ifaçı müsahibə əsnasında konsrtlərindən danışıb. O, bu günə qədər Bakıda, Əl oyunları sarayında yalnız 3 konsertin anşlaqla keçdiyini söyləyib:
"Əl oyunları sarayında bu vaxta qədər cəmi 3 dəfə anşlaq olub. Bir mənim konsertimdə, digəri Hüseyn Dəryanın (mərhum reper - red.), bir də İbrahim Tatlısəsin (Türkiyəli müğənni - red.). Orada qırğın olub. Oranı hələ bu vaxta qədər heç kim tam doldura bilməyib. 2017-ci ilə qədər konsert vermişəm. Ondan sonra başım filmlərə qarışdı. Daha sonra da pandemiya oldu". (Axşam.az)