Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vuçiç Ceyhun Bayramovu “Serbiya Bayrağı” ordeni ilə təltif etdi - FOTO

Vuçiç Ceyhun Bayramovu “Serbiya Bayrağı” ordeni ilə təltif etdi - FOTO

Tarix: 16 Fevral 2025 17:42

Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu birinci dərəcəli "Serbiya Bayrağı" ordeni ilə təltif edib.

"Report" Serbiya mətbuatına istinadən xəbər verir ki, nazir Serbiya ilə Azərbaycan arasında əməkdaşlığın və dostluq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə təltif olunub.

Mükafatlandırma mərasimində C.Bayramov vurğulayıb ki, Azərbaycanla Serbiya strateji tərəfdaş və əsl dostdurlar.

O, həmçinin bildirib ki, bu mükafat Serbiya rəhbərliyinin Azərbaycana nə qədər önəm verdiyinin bariz nümunəsidir.

Qeyd edək ki, C.Bayramov Serbiyada səfərdədir. Səfər çərçivəsində nazirin Serbiyada yüksək səviyyəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.


Etiketlər:  Vuçiç Ceyhun Bayramovu Serbiya Bayrağı ordeni ilə təltif etdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ