Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Fevral 2025 11:06
"Barselona" mövsümün sonunda bir sıra transferlər həyata keçirmək istəyir.
Sonxeber.net metbuat.az-a istinadən xəbər verir ki, klub müdafiə və hücum mövqelərinə yeni futbolçu cəlb etmək istəyir.
"El Nacional"da dərc edilən xəbərə görə, "Barselona"nın transfer siyahısında "Nyukasl Yunayted"in futbolçusu Entoni Qordon, "Liverpul"un futbolçusu Luis Dias, "Mançester Siti"nin ulduzu Ceremi Doku və "Tottenhem"in futbolçusu Deyan Kulusevskinin adı var. Xarici KİV-lərin məlumatına görə, "Barselona"nın digər transfer hədəfi isə "Bayer Leverkuzen"in müdafiəçisi Jonathan Tahdır. Jonathan Tahla danışıqların məhsuldar olduğu irəli sürülür.
Dokunun və Diasın "Barselona"ya keçmək üçün güzəştlər edə biləcəyi iddia edilir.