Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Dekabr 2019 12:00
Bakı. Trend:
Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası üzrə ekspertlərin görüşü ilin sonuna qədər keçiriləcək.
Trend-in məlumatına görə, bunu Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov deyib.
Onun sözlərinə görə, Tbilisidə keçirilməsi nəzərdə tutulan görüşdə nəinki əldə olunan materiallar və yerlərdə aparılan son müşahidələr və araşdırmalar nəzərdən keçiriləcək, eyni zamanda bəzi arxiv materiallara yenidən baxılacaq:
"Azərbaycanla Gürcüstan arasında dövlət sərhədinin 2/3 hissəsini razılaşdırmağa müvəffəq olmuşuq, onun 1/3 hissəsi isə qalmaqdadır. Burada müəyyən fikir ayrılıqları var, müəyyən sənədlərin baxılmasına yenidən ehtiyac yaranıb. Bu məqsədlə mütəxəssislərimizin ilin sonuna qədər Tbilisidə görüşməsi barədə razılaşmışıq".
X.Xələfov əlavə edib ki, komissiyanın növbəti iclası gələn ilin birinci rübündə keçirilməlidir
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin