Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Fevral 2025 08:56
Cari ilin yanvar ayında Azərbaycanda 552 ədəd noutbuk istehsal edilib.
Sonxeber.net-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 19% və ya 88 ədəd çoxdur.
Bununla yanaşı, ötən ay Azərbaycanda 260 ədəd stolüstü kompüter və 39,9 min ədəd ölçmə cihazları istehsal edilib. Bunlar da illik müqayisədə müvafiq olaraq 29 ədəd (12,6%) və 9,3 min ədəd (30,4%) çoxdur.
Qeyd edək ki, 2024-cü ilin yanvar ayında Azərbaycanda 464 ədəd noutbuk, 231 ədəd stolüstü kompüter, 30,6 min ədəd ölçmə cihazları istehsal edilib.