Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Juninyonun bəxtsizliyi

Juninyonun bəxtsizliyi

Tarix: 26 Fevral 2025 22:42

"Qarabağ"ın sabiq hücumçusu Juninyo hələ də yaşıl meydanlardan kənardadır. O, yeni komandası "Flamenqo"ya uyğunlaşmağa başlayar-başlamaz zədə alıb.

Sonxeber.net xəbər verir ki, 28 yaşlı hücumçu fevralın 12-si Karioka liqasında "Botafoqo" ilə matçda budundan zədələnib. Bu səbəbdən komandasının sonrakı 2 matçını buraxmaq məcburiyyətində də qalıb. 

Bir müddətdir futbolçu zədəsini sağaltmaqla məşğuldur. Braziliya mətbuatının yazdığına görə, Juninyo bu həftənin şənbə günü "Vasko" komandasına qarşı keçiriləcək kubokun yarımfinal mərhələsinin ilk oyununu da buraxmalı olacaq. Onun nə zaman oyunlara çıxacağı hələ qətiləşməyib.

Hələlik isə müalicəsini davam etdirən Juninyo "Flamenqo"nun bazasında hələlik fərdi qaydada yüngül məşqlərlə kifayətlənir.

Bu qış "Flamenqo"ya keçən Juninyo həmin komandanın heyətində 6 oyunda meydana çıxıb, 1 qol vurub. (qol.az)


Etiketlər:  Juninyonun bəxtsizliyi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ