Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya və ABŞ bu barədə razılığa gəldi

Rusiya və ABŞ bu barədə razılığa gəldi

Tarix: 28 Fevral 2025 15:09

Rusiya və ABŞ İstanbulda keçirilən danışıqlarda diplomatik missiyaların maneəsiz maliyyələşdirilməsini təmin etmək və "diplomatların öz rəsmi vəzifələrini yerinə yetirmələri üçün müvafiq şərait" yaratmaq üçün birgə addımlar barədə razılığa gəliblər".

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirib.

Qeyd olunub ki, İstanbul görüşündə nümayəndə heyətlərinə Aleksandr Darçiyev və Sonata Kulter rəhbərlik edib.

Tərəflər digər məsələlərlə yanaşı, 2016-2018-ci illərdə müsadirə edilmiş diplomatik əmlakın Rusiyaya qaytarılmasını müzakirə ediblər.

Məsləhətləşmələr məzmunlu və işgüzar şəkildə keçirilib.

Moskva və Vaşinqtonun bu kanal vasitəsilə dialoqu davam etdirəcəyi vurğulanıb.


Etiketlər:  Rusiya ABŞ barədə razılığa gəldi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ