Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Fənərbağça'' ''Zirə''dən futbolçu alır? - FOTO

''Fənərbağça'' ''Zirə''dən futbolçu alır? - FOTO

Tarix: 3 Mart 2025 19:18

"Zirə"nin qvineyalı hücumçusu Salifu Suma karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mediasında xəbərlər paylaşılıb.

21 yaşlı forvard Türkiyə nəhəngi "Fənərbağça"nın maraq dairəsinə düşüb.

İstanbul təmsilçisi forvardı yayda heyətinə qatmaq istəyir. Super Liqa klubu Suma ilə bağlı təklif də göndərib.

"Fənərbağça" Salıfunun transferində maraqlı olan Bolqarıstan MOİK-i ilə mübarizədə daha şanslı sayılır. Türkiyə təmsilçisi futbolçunun müqaviləsindəki 800 min avroya sərbəstqalma bəndindən yararlanmaq variantını da nəzərdən keçirir.

Qeyd edək ki, Sumanın "Zirə" ilə müqaviləsi 2027-ci ilin yayında başa çatacaq.


Etiketlər:  Fənərbağça Zirədən futbolçu alır FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ