Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Fənərbağça''nın ulduz qapıçısı həbs olunur?

''Fənərbağça''nın ulduz qapıçısı həbs olunur?

Tarix: 4 Mart 2025 20:26

"Fənərbağça" klubunun xorvatiyalı ulduz qolkiperi Dominik Livakoviç həbs olunma təhlükəsi ilə üzləşib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, Zadar Respublika Prokurorluğu Xorvatiyanın Krk adasındakı Muraj kəndində yerləşən mədəni və tarixi ərazidə icazəsiz tikinti apardığı iddia edilən "Fənərbağça"nın qapıçısı haqqında istintaq başladıb.

UNESCO tərəfindən qeydiyyata alınan əraziyə baxış zamanı bildirilib ki, mədəni sərvət kimi qorunan şəhər divarı qazıntı zamanı zədələnib, daha sonra isə bina möhürlənib.

Qeyd edək ki, hadisələrlə bağlı istintaq başa çatdıqdan sonra Livakoviçə veriləcək cəza bəlli olacaq.


Etiketlər:  Fənərbağçanın ulduz qapıçısı həbs olunur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ