Fransa Liqasının son turunda keçirilən "Monako" - "Amiens" matçında
(3:0) maraqlı anlar yaşanıb.
Qol.az xəbər verir ki, görüşün
81-ci dəqiqəsində “Monako”nun oyunçu dəyişikliyi zamanı hakim tablosunda
14 nömrəli futbolçunun meydandan çıxmalı olduğu göstərilib.
Timue
Bakayoko nömrənin ona aid olduğunu zənn edərək meydançadan çıxmağa cəhd
göstərib. Yalnız 4-cü hakimin xəbərdarlığı ilə o, səhvini başa düşərək meydana
qayıdıb.
Qeyd edək ki, fransalı yarımmüdafiəçi 2014-2017 illərdə
"Monako"da 14 nömrəli formada çıxış edib. Hazırda icarə əsasında Fransa klubunda
oynayan 25 yaşlı futbolçu 6 nömrəli formanı geyinir.