Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Mart 2025 20:15
Barəsində istintaq başladılan müğənni Özcan Deniz prokurorluqda dindirilib.
Sonxeber.net türk mediasına istinadla xəbər verir ki, sənətçi İstanbulda yerləşən Tikinti Cinayətləri İstintaq Bürosunda ifadə verib.
Xatırladaq ki, ifaçı tikinti qaydalarının, "Mədəniyyət və təbii irsin qorunması haqqında" qanunun pozulmasına görə istintaqa cəlb edilmişdi.