Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Sənə deyəcəyim sözlər arzu olaraq qaldı''

''Sənə deyəcəyim sözlər arzu olaraq qaldı''

Tarix: 7 Mart 2025 09:55

Əməkdar artist Səlim Abbasovun mərhum musiqiçi atası Vaqif Abbasovun ildönümüdür. 

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, musiqiçi sosial şəbəkədə valideyni ilə görüntülərini paylaşaraq bunları yazıb:

"Atacan, səninlə bağlı bu acı xəbəri almağımızdan 4 il keçir. Hələ də yerin görünür. Kaş ki, bircə dəfə geri qayıtsaydın. Videodakı kimi səni qucaqlayıb öpərdim. Haqqın üzərimdə çoxdur. Hələ də qulağım sənin qarmonunun səsini axtarır. Deyəcəyim sözlər və səninlə bağlı paylaşacağım nə qədər gözəl xəbərlər arzu olaraq qaldı. Allah ruhunu şad etsin. Yerin cənnətlik olsun".

Qeyd edək ki, musiqiçinin valideynləri koronavirus infeksiyasına yoluxub və yerləşdirildikləri xəstəxanada vəfat ediblər.


Etiketlər:  Sənə deyəcəyim sözlər arzu olaraq qaldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ