Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Dekabr 2019 18:08
Bakı. Trend:
Dekabrın 9-da Meksikanın Azərbaycandakı səfiri Rodrigo Labardini Xəzər Universitetinə baş çəkib və burada Universitetin rektoru İradə Xəlilova ilə görüşüb.
Səfirlikdən Trend-ə verilən məlumata görə, səfir Labardini, fikir mübadiləsi aparmaq və iki ölkə arasında təhsil əlaqələrini inkişaf etdirmək imkanlarını müzakirə etmək məqsədi ilə rektor İradə Xəlilova ilə görüş keçirdi. Rektor Xəlilova Səfirə tədris olunan təhsil planı və universitetdə mövcud olan fakültələr, şöbələr və ixtisaslaşdırılmış mərkəzlər barədə məlumat verdi. Rektor bu təhsil ocağında təşkil olunan fəaliyyət və tədbirlərdən söz açdı və tələbələrin bu tədbirlərdə fəal iştirakını vurğuladı.
Səfir Labardini də öz növbəsində Səfirliyin iki xalq arasındakı yaxınlaşmanı təşviq etmək məqsədi ilə gördüyü işlər barədə məlumat verdi. Bu çərçivədə Meksika və Azərbaycandakı təhsil müəssisələri arasındakı əlaqələrin əhəmiyyətini vurğuladı.
Sözügedən görüşdən sonra Səfir Labardini 40 tələbədən ibarət qrup qarşısında çıxış edərək, onlara Meksikada təhsil, turizm, iqtisadi və ticari sahələrdə ikitərəfli münasibətlər haqqında məlumat verdi. O, bu il şəkər qamışı, avtomobil, dondurucu avadanlıqlar, pivə, tekila və s. kimi məhsulların Azərbaycana ixracında rekord il olduğunu qeyd etdi. Bu məhsullar arasında Azərbaycana idxal olunan 12% pivə, 18% qazma boruları, 9% neft sənayesi üçün borular, mühərriki 1500-3000 sm3 həcmli avtomobillərin 6% -i Meksikadan gətirildiyini bildirdi. Ümumilikdə, 2019-cu ilin yanvar-sentyabr ayları dövrü üçün iki ölkə arasında ticarət axınında ən yüksək hədd qeydə alınmışdır və Meksika ilə Azərbaycan arasında ikitərəfli ticarət 2019-cu ildə 42,8 milyon dollara çatmışdır. Bu, 2018-ci ildəki ümumi ticarətdən 64.38% çox deməkdir. Səfir Labardini, iki ölkə arasında turist axınının artdığını da vurğulayıb: Meksikaya gedən azərbaycanlı turistlərin sayı 20%, Azərbaycana gələn meksikalı turistlərin sayı 9% artıb. Bununla yanaşı Səfir onlara Nümayəndəliyin təşkil etdiyi tədbirlər barədə danışdı və onları iştirak etməyə dəvət etdi.
Tələbələr müxtəlif şərh və suallar verərək təqdimata maraqlaqını ifadə etdilər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin