Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Dekabr 2019 19:12
Bakı. Trend:
Türkiyə hökuməti suriyalı qaçqınları “Barış pınarı” əməliyyatı nəticəsində Ankaranın nəzarətinə keçmiş Suriya ərazilərində yerləşdirməyə başlayıb.
Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının sosial məsələlər üzrə nazirlər konfransı zamanı deyib.
O bildirib ki, bu günədək Suriyanın təhlükəsiz hesab olunan ərazilərinə 370 min suriyalı könüllü qayıdıb.
R.T.Ərdoğan əlavə edib ki, Ras-əl-Ayn və Tell-Əbyad şəhərləri arasında qəsəbələrin tikintisi başlayıb. Onun sözlərinə görə, bu bölgədə ilkin mərhələdə 1 milyonadək suriyalı məskunlaşa bilər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin