Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ailəsində prostat xərçəngi olan kişilərə xəbərdarlıq

Ailəsində prostat xərçəngi olan kişilərə xəbərdarlıq

Tarix: 9 Mart 2025 14:00

Uroloq Prof. Dr. Bülent Akduman ailəsində prostat xərçəngi olan 40 yaşdan yuxarı kişilərin müayinədən keçmələrinin vacib olduğunu bildirib.

Sonxeber.net e-saglam.az-a istinadən xəbər verir ki, o, erkən diaqnozun həyat qurtardığını vurğulayaraq, heç bir əlamət olmasa belə mütəmadi yoxlanışın önəmli olduğunu qeyd edib.

Prostat xərçəngi 50 yaşdan yuxarı kişilər arasında ən çox rast gəlinən xərçəng növüdür və ağciyər xərçəngindən sonra ikinci ən ölümcül xərçəng hesab olunur. Diaqnoz üçün əvvəlcə PSA adlı qan testi aparılır, sonra isə prostat müayinəsi edilir. Akduman müayinənin sadə və ağrısız olduğunu, qorxmadan müraciət etməyin vacib olduğunu deyib.

Hər 6 kişidən 1-nin prostat xərçəngi riski daşıdığını bildirən mütəxəssis, gecə tez-tez sidiyə qalxma, sümük ağrıları və böyrək funksiyalarında pozulmanın mümkün əlamətlərdən olduğunu bildirib. Erkən mərhələdə diaqnoz qoyularsa, müalicə tam mümkündür.

Prof. Dr. Akduman prostat xərçəngindən qorunmaq üçün xüsusi bir pəhriz və ya dərmanların təsdiqlənmiş qoruyucu təsirinin olmadığını, əsas önlemin müntəzəm müayinə olduğunu qeyd edib.


Etiketlər:  Ailəsində prostat xərçəngi olan kişilərə xəbərdarlıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ