Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Trampla jurnalist arasında qalmaqal: Putinin bu hərəkəti hörmətsizlikdir - FOTO

Trampla jurnalist arasında qalmaqal: Putinin bu hərəkəti hörmətsizlikdir - FOTO

Tarix: 10 Mart 2025 16:39

Ağ Ev rəhbəri Donald Tramp Rusiya lideri Vladimir Putinin ona qarşı hörmətsizlik nümayiş etdirməsi fikri ilə razılaşmayıb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, ABŞ lideri bunu öz təyyarəsinin göyərtəsində jurnalistlərlə keçirdiyi brifinq zamanı edib.

"The Washington Post" qəzetinin müxbiri bildirib ki, Putinin Ukraynanın işğalını davam etdirməsi ABŞ prezidentinə hörmətsizlikdir.

-Kim? Kim? - Tramp təəccüblə soruşub.

- Prezident Putin sizin orada sülh əldə etməyə çalışdığınız zaman Ukraynanı işğal etməklə sizə qarşı hörmətsizlik göstərir, - deyə jurnalist fikrini təkrarlayıb.

- O nə edib? - deyə ABŞ prezidenti soruşub.

- O, Ukraynanı işğal edir, - deyə jurnalist cavab verib.

- O, mənə hörmətlə yanaşmır?... Harada işləyirsiniz? - deyə Tramp jurnalistdən soruşub.

- Maykl Börnbaum, "Washington Post", - deyə jurnalist özünü təqdim edib.

- Siz mənim etimadımı itirdiniz. Davam edək, - deyərək Tramp digər suallara keçib.


Etiketlər:  Trampla jurnalist arasında qalmaqal Putinin hərəkəti hörmətsizlikdir FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ