Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Mart 2025 18:50
Aparıcı Zaur Baxşəliyev "zaur_gunay" adlı instagram hesabında 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşdığı video ilə diqqət çəkib.
Sonxeber.net xəbər verir ki, məşhur aparıcı gül buketindən hazırlanmış libas geyinərək paylaşım edib və yazıya bu sözləri əlavə edib: "Sənin ən böyük hədiyyən mənəm" cümləsini neçə qadın eşidib bu gün?"
Zaur Baxşəliyevin bu qeyri-adi və iddialı paylaşımı sosial mediada geniş müzakirələrə səbəb olub. Bəziləri aparıcının bu addımını zarafat kimi qəbul etsə də, digərləri onu tənqid edib. Xüsusilə də, qadınların duyğularının belə formada ümumiləşdirilməsinin və məsələni zarafata çevirməsinin doğru olmadığı barədə rəylər yazılıb.
Aparıcı isə hələlik yayılan tənqidlərə münasibət bildirməyib. Lakin onun paylaşımı Instagram-da sürətlə izlənilir və şərhlər artır. /Yenisabah.az