Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu qurumun vəzifələri artırıldı

Bu qurumun vəzifələri artırıldı

Tarix: 11 Mart 2025 16:39

Prezident İlham Əliyev 12 may 2020-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi"ndə dəyişiklik edib. 

Sonxeber.net xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb. 

Fərmana əsasən, Dövlət Xidmətinin vəzifələrinə "üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi çərçivəsində əmlakın satılmasına, icarəyə və ya idarəetməyə verilməsinədək əmlaka qulluqla əlaqədar tədbirləri və üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsini təşkil etmək, habelə əmlakın idarə edilməsi ilə bağlı rəy vermək" əlavə olunub. 


Etiketlər:  qurumun vəzifələri artırıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ