Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Mart 2025 21:33
Dünyanın ən böyük kosmetika şirkətlərindən biri olan "L'Oreal"ın sızanaq müalicəsi məhsulu "Effaclar Duo"nun tərkibində kanserogen maddə aşkarlanıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi sızanaqları müalicə etmək üçün bakteriyaları öldürdüyü iddia edilən "Effaclar Duo"nun benzoil peroksiddən hazırlandığını açıqlayıb.
Belə ki, qurum benzin və tütün tüstüsünün də təbii komponenti olan benzolun qan xərçənginə səbəb ola biləcəyini açıqlayıb.
Məsələ ilə bağlı "L'Oreal" bildirib ki, "Effaclar Duo"nun mövcud formulunun qalan hissələri pərakəndə satışdan çıxarılacaq. Həmçinin qeyd edilib ki, məhsulun təkmilləşdirilmiş formulası tezliklə satışa təqdim ediləcək.