Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Mart 2025 19:42
Əncir təkcə ləzzətli meyvə deyil, həm də ümumi sağlamlığa müsbət təsir göstərir. O, orqanizm üçün bir çox faydalı maddələrin mənbəyi hesab olunur.
Sonxeber.net bununla bağlı maraqlı məlumatları təqdim edir:
Əncirin faydaları
Faydalı maddələrlə zəngindir
Əncir yüksək miqdarda vitaminlər (A, C, K və B qrupu) və minerallar (kalium, kalsium, maqnezium, dəmir) ehtiva edir. Kalium qan təzyiqini azaltmağa kömək edir, kalsium isə sümüklərin sağlamlığını qoruyur.
Antioksidant xüsusiyyətlərə malikdir
Əncirin tərkibində flavonoidlər və polifenollar kimi antioksidantlar var. Onlar sərbəst radikallarla mübarizə apararaq xroniki xəstəliklərin, o cümlədən ürək-damar xəstəlikləri və xərçəng riskini azaldır.
Həzm sistemini yaxşılaşdırır
Tərkibindəki liflər və təbii fermentlər sayəsində əncir həzmi yaxşılaşdırır, köpməni azaldır və bağırsaq mikroflorasının balansını qoruyur.
Dərinin vəziyyətini yaxşılaşdırır
Əncirin iltihab əleyhinə təsiri var. O, sızanaq, ekzema və digər dəri problemlərinə kömək edə bilər. Antioksidantları dərini qocalmaya qarşı qoruyaraq sağlam görünüşünü saxlayır.
Ürək sağlamlığını dəstəkləyir
Əncirin tərkibində olan kalium və antioksidantlar xolesterin səviyyəsini aşağı salır və ürək-damar sistemini qoruyur. Ənciri təzə və ya qurudulmuş halda, həmçinin desertlərə, salatlara, şirniyyatlara əlavə edərək və ya müstəqil qəlyanaltı kimi istehlak etmək mümkündür.
Kalorisi və qidalanma dəyərləri
100 qram təzə əncir - 43 kalori, 1.3 qram protein, 0.3 qram yağ, 9.5 qram karbohidrat (əsasən fruktoza), 2 qram lif.
100 qram qurudulmuş əncir - 200 kalori, 3.3 qram protein, 1.5 qram yağ, 48.6 qram karbohidrat, 9.2 qram lif.
Kimlərə qadağandır?
Aşağıdakı hallarda əncirin qəbulu tövsiyə edilmir:
Şəkərli diabet xəstələri - yüksək şəkər tərkibinə görə.
Pankreatit xəstələri - həzm sisteminə əlavə yük yaratdığı üçün.
Kəskin iltihabi bağırsaq xəstəlikləri zamanı.
Sidik turşusunun mübadilə pozğunluğu olan şəxslər - məsələn, podaqra (gut) xəstələri. /Lent.az