Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Akademik Musiqili Teatrın aktyorlarının ifaları muzeydə alqışlarla qarşılandı - FOTOlar

Akademik Musiqili Teatrın aktyorlarının ifaları muzeydə alqışlarla qarşılandı - FOTOlar

Tarix: 15 Mart 2025 13:51

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyorları Üzeyir Hacıbəylinin ev-muzeyində dahi bəstəkarın 140 illik yubileyi və onun müəllifi olduğu "O olmasın, bu olsun" operettasının 115 illiyinə həsr olunmuş tədbirdə iştirak ediblər.

Sonxeber.net xəbər verir ki, Əməkdar artistlər Şövqi Hüseynov, Nahidə Orucova, Prezident mükafatçısı Səmədzadə Xasiyev və aktrisa Aydan Həsənovanın "O olmasın, bu olsun" musiqili komediyasından təqdim etdikləri səhnələr tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

Muzeyin direktoru Xalq artisti və bəstəkar Sərdar Fərəcov uğurlu əməkdaşlığa görə Musiqili Teatrın rəhbərliyinə minnətdarlığını bildirərək yaradıcı heyəti "Təşəkkürnamə" ilə təltif edib.


Etiketlər:  Akademik Musiqili Teatrın aktyorlarının ifaları muzeydə alqışlarla qarşılandı FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ