Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Luverpul'' onu hədəf seçdi: 100 milyondan çox qiyməti var

''Luverpul'' onu hədəf seçdi: 100 milyondan çox qiyməti var

Tarix: 15 Mart 2025 17:06

"Liverpul" "Atletiko"nun 25 yaşlı hücumçusu Yulian Alvareslə maraqlanır.

Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bu barədə "Anfield Watch" məlumat yayıb.

Mənbənin sözlərinə görə, Madrid argentinalı futbolçunu almaq istəyən klublardan 100 milyon funt-sterlinqdən çox məbləğ tələb edəcək. "Liverpul"un Alvares üçün müqavilənin bir hissəsi olaraq hücumçu Darvin Nunesi təklif edəcəyi bildirilir. Mersisaydlılar uruqvaylı futbolçunu 80 milyon funt-sterlinq dəyərləndirirlər.

Qeyd edək ki, Alvares bu mövsüm bütün turnirlərdə 43 oyun keçirib, 22 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2030-cu ilin yayına kimidir. "Transfermarkt"a görə, futbolçunun bazar dəyəri 80 milyon avrodur.


Etiketlər:  Luverpul hədəf seçdi milyondan çox qiyməti


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ