Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Mart 2025 12:45
Ukrayna prezidenti Volodimir Zelenski Ukrayna tərəfini Rusiya ilə sülh danışıqlarında təmsil edəcək hökumət üzvlərinin siyahısını təsdiqləyib.
Sonxeber.net xəbər verir ki, onların arasında ölkənin Prezident Ofisinin rəhbəri Andrey Yermak, Prezident Ofisi rəhbərinin müavini Pavel Palisa, xarici işlər naziri Andrey Sibiqa, müdafiə naziri Rustam Umerov yer alıb.
Nümayəndə heyətinə A. Yermak rəhbərlik edəcək.
Ukrayna Prezidenti Volodimir Zelenski tərəflər arasında Ciddə danışıqlarını şərh edib.
O deyib ki, danışıqlarda ölkəsinin ərazi bütövlüyü, eləcə də Ukrayna ərazisində sülhməramlı kontingentin yerləşdirilməsinin mümkünlüyü ətrafında müzakirələr aparılıb.
Learn More
Ukrayna lideri Böyük Britaniya və Fransanın rolunu da xüsusi qeyd edib. Eyni zamanda V. Zelenski deyib ki, tərəfdaşları ölkəsi üçün "qırmızı xətt"in mövcudluğu barədə məlumatlıdır.
Zelenski ölkəsinin postmüharibə dövründə bərpası prosesində ABŞ və Avropanın iştirakına ümidvar olduğunu sözlərinə əlavə edib. /APA