Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Mart 2025 13:18
Ukrayna Prezidenti Volodimir Zelenski videobağlantı vasitəsilə jurnalistlərin suallarına cavab verərkən Fransa lideri Emmanuel Makron ona zəng edib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, zəngə cavab verən Zelenski hazırda jurnalistlərlə söhbət etdiyini və danışa bilmədiyini bildirib.
O, fransalı həmkarına 15-20 dəqiqə sonra ona geri zəng edəcəyini qeyd edib. Jurnalistlərlə söhbətinə qayıdan Zelenski E.Makronla gündə azı bir dəfə telefonla danışdıqlarını vurğulayıb.
Zəngin görüntüləri sosial şəbəkələrdə maraqla qarşılanıb.