Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu ilin sonuna kimi sosial xidmətlər üzrə vətəndaşlara verilən elektron arayışların sayı artırılacaq

Bu ilin sonuna kimi sosial xidmətlər üzrə vətəndaşlara verilən elektron arayışların sayı artırılacaq

Tarix: 10 Dekabr 2019 12:18

Bakı. İlhamə İsabalayeva -Trend:

Bu ilin sonuna kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müxtəlif xidmətlər üzrə vətəndaşlara verilən elektron arayışların sayı 15-ə çatdırılacaq.

Trend-in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.

Onun sözlərinə görə, ötən həftədən etibarən vətəndaşlara verilən elektron arayışların sayı 8-ə çatıb. Gələn il isə vətəndaşlara əlavə olaraq daha 15 arayışın elektron formada verilməsi nəzərdə tutulur:

"Elektron arayışların sayı 30-a çatdıqdan sonra elektron arayışların verilməsi üzrə müraciətlərin sayı 1,5 milyona çatacaq".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  ilin sonuna kimi sosial xidmətlər üzrə vətəndaşlara verilən elektron arayışların sayı artırılacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ