Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Cici tərzi ilə diqqət mərkəzində - FOTOlar

Cici tərzi ilə diqqət mərkəzində - FOTOlar

Tarix: 21 Mart 2025 09:10

Məşhur supermodel və Rabanne brendinin qlobal səfiri Cici Hadid Nyu-York şəhərində "Million Gold For Her" ətirinin təqdimatı üçün təşkil olunan pop-up tədbirinə qatılıb.

Sonxeber.net xəbər verir ki, model gecədə müasir və zərif tərzi ilə diqqət çəkib.

Tədbirdə Cici zərif sarı maksi don geyinib. Donun axıcı və qatlı dizaynı ətir flakonunun qızılı rəngini və dəbdəbəli dizaynını əks etdirib. O, geyimini yarı şəffaf, qızılı çalarlı PVC plaş ilə tamamlayıb. Belini bağlanan kəmər və yuxarı qaldırılmış yaxa detallar isə ona daha güclü və eleqant görünüş qazandırıb.

Ayaqqabı olaraq qızılı dabanlı çəkmələr seçən Hadid aksessuarlara minimal yanaşmış, daha təbii bir makiyaj və qızılı-qırmızı dodaq boyası ilə gecəyə xüsusi parıltı qatıb. Saçlarını isə dalğalı və "wet-look" (islanmış effekt) tərzində arxaya yığıb. /Olay.az


Etiketlər:  Cici tərzi ilə diqqət mərkəzində FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ