Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Mart 2025 14:36
AMEA Folklor İnstitutunun şöbə müdiri Elxan Məmmədli uzun sürən xəstəlikdən sonra vəfat edib.
Bu barədə mərhumun yaxınları məlumat verib.
Elxan Hüseynqulu oğlu Məmmədli 1 yanvar 1946-cı ildə Gürcüstan Respublikası Borçalı mahalının Bolnisi rayonunun Faxralı kəndində anadan olub.
Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib.
1979-cu ildə Nizami adına Ədəbiyyat İnstitutunun Folklor şöbəsinə kiçik elmi işçi vəzifəsinə qəbul edilib.
1994-cü ilə kimi Ədəbiyyat İnstitutunun Folklor şöbəsində çalışan Elxan Məmmədli böyük elmi işçi kimi həmin ildən Folklor Elmi-Mədəni Mərkəzinə köçürülüb.
1998-ci ildə "Azərbaycan aşıq yaradıcılığında təcnis" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
1999-cu ildən AMEA-nın Folklor İnstitutunda "Aşıq yaradıcılığı" şöbəsinin müdiri idi.
1969-2009-cu illər ərzində Azərbaycan radio və televiziyasında "Bulaq", "Ustadnamə", "Sazın-sözün sehrində", "Gözəlləmə" və "Sarıtel" verilişlərinin müəllifi və aparıcısı olub.
2008-ci ildə "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülüb. /Teleqraf
****
Mərhum "Sumqayıt" Futbol Klubunun Müşahidə Şurasının sədri, "Azərikimya" İB-nin baş direktoru Elnur Məmmədlinin atasıdır.
Bu barədə klubun sosial şəbəkə hesabında paylaşım edilib.
Bildirilib ki, onun atası - alim, folklorşünas Elxan Məmmədli dünyasını dəyişib.
Allah rəhmət eləsin.