Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çox yatmağın ciddi fəsadları ola bilər - XƏBƏRDARLIQ

Çox yatmağın ciddi fəsadları ola bilər - XƏBƏRDARLIQ

Tarix: 26 Mart 2025 16:21

Professor Sinem İliaz həddindən artıq yuxu müddətinin ürək xəstəliyi, diabet və idrak qabiliyyətinin zəifləməsi kimi sağlamlıq problemlərinə işarə edə biləcəyini bildirdi.

Sonxeber.net Aztibb.az-a istinadən xəbər verir ki, böyüklər üçün ideal yuxu müddəti gündə 7 ilə 9 saat arasında hesab edilir. Ancaq bu müddətin müntəzəm olaraq aşılması metabolik pozğunluqlar, yuxu apnesi və zehni geriləmə kimi müxtəlif sağlamlıq problemləri ilə əlaqələndirilir.

Professor həddindən artıq yatmağın yuxusuzluqla yanaşı, sağlamlıq üçün də risk ola biləcəyinə diqqət çəkib:

"Həddindən artıq yuxu - yuxu apnesi və hipersomniya, depressiya, immun sistemi xəstəlikləri, hormon balanssızlıqları, ürək-damar xəstəlikləri kimi bir çox xəstəliklə əlaqələndirilə bilər. Nəzarətsiz və uzun müddət yuxuya getmənin orqanizmdə fərqli sağlamlıq problemlərinə yol aça bilər. Bu vəziyyətdə mütləq mütəxəssisə müraciət edilməlidir" .

Uzun müddət yatmağın Alzheymer və demans kimi zehni pozğunluqların, diabet və ürək xəstəliklərinin inkişaf riskini artıra biləcəyini deyən həkim həftə içi qeyri-kafi yatan fərdlərin həftə sonları çox yataraq kompensasiya etməyə çalışması vərdişini pisləyib.


Etiketlər:  Çox yatmağın ciddi fəsadları bilər XƏBƏRDARLIQ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ