Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Millimiz ilk oyunda uduzdu

Millimiz ilk oyunda uduzdu

Tarix: 27 Mart 2025 18:16

Avropa çempionatının əsas mərhələsi çərçivəsində 19 yaşadək futzalçılardan ibarət komandalar arasında Azərbaycan millisi bu gün mübarizəyə başlayıb.

Sonxeber.net xəbər verir ki, İlqar Aslanovun komandası ilk oyunda Bosniya və Herseqovinadan olan həmyaşıdları ilə qarşılaşıb.

Oyun rəqib komandanın 10:2 hesablı qələbəsi ilə başa çatıb. U-19 qrupda növbəti oyununu sabah Xorvatiya yığmasına qarşı keçirəcək. Matç Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

26 mart..

Bosniya və Herseqovina (U-19) - Azərbaycan (U-19) -  10:2
Qollar: Bekir Arnaut, 0:14, 14:22, 15:04, Ammar Hodziç, 3:41, 8:19, Emir Mustafiç, 14:51, Ognjen Markoviç, 19:55, 33:53, Kenan Hrşitiç, 32:00, Kenan Azabagiç, 36:53 // Ədalət Ələkbərov, 12:24, Bəyoğlan Vəlizadə, 33:09

Hakimlər: Rastislav Behancin (Slovakiya), Liviu Dumitru Çita (Rumıniya), Kastriot Gerxhaliu (İsveç)


Etiketlər:  Millimiz oyunda uduzdu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ