Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türk serialları ilə bağlı GÖZLƏNİLMƏZ ÇAĞIRIŞ - “Qadınlar çirkin ərinin yerinə...”

Türk serialları ilə bağlı GÖZLƏNİLMƏZ ÇAĞIRIŞ - “Qadınlar çirkin ərinin yerinə...”

Tarix: 28 Mart 2025 13:40

Rusiyalı müğənni Lolita Milyavskaya qanunvericilərdən türk seriallarını qadağan etməməyi xahiş edib.

Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, o, bu bununla bağlı "Telegram" kanalı vasitəsi ilə müraciət ünvanlayıb.

Milyavskaya türk seriallarının doğum nisbətini artıracağına əmindir. Sənətçi zarafatca deyib ki, qadınlar gözlərini yumaraq öz çirkin ərinin yerinə xarici ulduzları təsəvvür edirlər.

"Yaxşı, bunu belə sınayın. Yanınızda çirkin bir qadın var, gözlərinizi yumursunuz, üstünüzdə isə Ancelina Coli var. Baxmayaraq ki, o da çirkindir. Mən arıq insanları sevmirəm", - Lolita deyib.

Lolita türk seriallarına qadağa qoyulacağı təqdirdə Çin və Monqol seriallarına keçəcəyini bildirib.

"Düzünü desəm, heç baxmıram. Sadəcə, söhbəti davam etdirmək istədim", - deyə müğənni bildirib.


Etiketlər:  Türk serialları ilə bağlı GÖZLƏNİLMƏZ ÇAĞIRIŞ Qadınlar çirkin ərinin yerinə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ