Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mirkamil buna görə ailə qurmayıbmış

Mirkamil buna görə ailə qurmayıbmış

Tarix: 28 Mart 2025 19:20

Müğənni Mirkamil Kamilov şəxsi həyatından danışıb.

Sonxeber.net bildirir ki, bu barədə sənətçi "Qonaqcanlı"ya açıqlama verib.  Mirkamil ailə qurmamasından da söz açıb:

"Ailə həyatı qurmaq vacibdir. Qardaşlarım arasında da subay olanları var. 4 qardaşımdan biri evlidir, mən və iki qardaşım subaydır. Onlar da düşünürlər ki, bizim qardaşımız niyə evlənmir? Deyirəm ki, məni gözləməyin, evlənmək istəyirsiniz, evlənin. Qəlbimdə olan biri yoxdur. Mən çətin insanam. Həmin şəxs ancaq mənə dəstək olmalıdır, nə desəm onu etməlidir, mənim sözümdən inciməməlidir. Üstünə qışqırsam, əsəbiləşsəm, o mənə cavab qaytarsa, bu, düz deyil, davaya çevrilə bilər. Bununla da hər şey məhv ola bilər".  (olay)


Etiketlər:  Mirkamil buna görə ailə qurmayıbmış


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ