Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Mart 2025 13:56
31 yanvar 2025-ci il tarixinə bankların ölkə üzrə fiziki və hüquqi şəxslərə verdiyi kreditlərin həcmi 27 mlrd. 514 mln. 700 min manat təşkil edib.
Sonxeber.net valyuta.az-a istinadən xəbər verir ki, onun 23 mlrd. 160 mln. 515 min manatı milli valyutada, 4 mlrd. 354 mln. 184 min manatı isə sərbəst dönərli valyutada (SDV) verilmiş kreditlər təşkil edib.
Məlumata əsasən, milli valyutada ən çox kredit verilmiş rayonlar Bakı iqtisadi rayonu, Abşeron-Xızı iqtisadi rayonu və Gəncə-Daşkəsən iqtisadi rayonudur.
Cari ilin 31 yanvar tarixinə Bakı iqtisadi rayonunda milli valyutada 16 mlrd. 854 mln. 123 min manat, Abşeron-Xızı iqtisadi rayonunda 1 mlrd. 54 mln. 636 min manat və Gəncə-Daşkəsən iqtisadi rayonunda 803 mln. 978 min kredit verilib.
Ümumi siyahı ilə cədvəldən tanış ola bilərsiniz:
№ | İqtisadi rayon | min manat |
1 | Bakı iqtisadi rayonu | 16,854,123 |
2 | Abşeron-Xızı iqtisadi rayonu | 1,054,636 |
3 | Gəncə-Daşkəsən iqtisadi rayonu | 803,978 |
4 | Lənkəran-Astara iqtisadi rayonu | 650,832 |
5 | Mərkəzi Aran iqtisadi rayonu | 546,619 |
6 | Qazax-Tovuz iqtisadi rayonu | 516,867 |
7 | Qarabağ iqtisadi rayonu | 473,056 |
8 | Şəki-Zaqatala iqtisadi rayonu | 469,761 |
9 | Quba-Xaçmaz iqtisadi rayonu | 457,983 |
10 | Naxçıvan iqtisadi rayonu | 420,581 |
11 | Şirvan-Salyan iqtisadi rayonu | 417,488 |
12 | Mil-Muğan iqtisadi rayonu | 300,175 |
13 | Dağlıq Şirvan iqtisadi rayonu | 185,305 |
14 | Şərqi Zəngəzur iqtisadi rayonu | 9,111 |
SDV-də ən çox kredit verilmiş rayonlar Bakı iqtisadi rayonu, Şəki-Zaqatala iqtisadi rayonu, Abşeron-Xızı iqtisadi rayonu 45 mln. 936 min manat olub.
Bu rayonlarda müvafiq olaraq 4 mlrd. 192 mln. 423 min manat, 56 mln. 242 min manat və 45 mln. 936 min manat SDV-də kredit verilib.
Digər rayonlar üzrə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:
№ | İqtisadi rayon | min manat |
1 | Bakı iqtisadi rayonu | 4,192,423 |
2 | Şəki-Zaqatala iqtisadi rayonu | 56,242 |
3 | Abşeron-Xızı iqtisadi rayonu | 45,936 |
4 | Gəncə-Daşkəsən iqtisadi rayonu | 17,169 |
5 | Şirvan-Salyan iqtisadi rayonu | 14,182 |
6 | Quba-Xaçmaz iqtisadi rayonu | 9,617 |
7 | Qazax-Tovuz iqtisadi rayonu | 7,777 |
8 | Mərkəzi Aran iqtisadi rayonu | 5,889 |
9 | Qarabağ iqtisadi rayonu | 1,613 |
10 | Lənkəran-Astara iqtisadi rayonu | 1,602 |
11 | Dağlıq Şirvan iqtisadi rayonu | 742 |
12 | Şərqi Zəngəzur iqtisadi rayonu | 698 |
13 | Naxçıvan iqtisadi rayonu | 291 |
14 | Mil-Muğan iqtisadi rayonu | 3 |
Əlavə edək ki, milli valyutada verilmiş kreditlər üzrə orta faiz dərəcəsinin ən yüksək olduğu bölgə Dağlıq Şirvan iqtisadi rayonu (19.41 %), Şirvan-Salyan iqtisadi rayonu (19.35 %) və Qarabağ iqtisadi rayonu (19.20 %), SDV-də verilmiş kreditlər üzrə isə ən yüksək faiz dərəcəsinə malik rayonlar Lənkəran-Astara iqtisadi rayonu (7.61 %), Dağlıq Şirvan iqtisadi rayonu (7.36 %) və Quba-Xaçmaz iqtisadi rayonudur (6.67 %).
Milli valyutada verilmiş kreditlər üzrə orta faiz dərəcəsinin ən aşağı olduğu bölgələr Bakı iqtisadi rayonu, Naxçıvan iqtisadi rayonu və Abşeron-Xızı iqtisadi rayonu .
Bu bölgələrdə milli valyutada verilmiş kreditlərin orta faiz dərəcəsi müvafiq olaraq 13.66 %, 14.66 % və 16.33 % olub.