Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Almaniya Prezidenti Azərbaycana gəldi - FOTO

Almaniya Prezidenti Azərbaycana gəldi - FOTO

Tarix: 1 Aprel 2025 22:33

Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer aprelin 1-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Sonxeber.net xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Almaniya Prezidenti Frank-Valter Ştaynmayeri hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşıladılar.


Etiketlər:  Almaniya Prezidenti Azərbaycana gəldi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ