Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Dekabr 2019 23:12
Bakı. Trend:
Yaponiyanın İdzu adası sahillərində 5,7 bal gücündə zəlzələ baş verib.
Trend-in Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Tokiodan 580 kilometr cənubda, ocağı isə 54 kilometr dərinlikdə yerləşib.
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin