Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Leyla Əliyevanın təşəbbüsü ilə Nizami Kino Mərkəzində sənədli film nümayiş olunub - FOTO

Leyla Əliyevanın təşəbbüsü ilə Nizami Kino Mərkəzində sənədli film nümayiş olunub - FOTO

Tarix: 10 Aprel 2025 11:30

Aprelin 9-da Nizami Kino Mərkəzində Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə "İndi al! Müştəriyə tələ" sənədli filmi nümayiş olunub.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki,  tədbirin açılışında nümayişə qatılan 400-ə yaxın gəncə məsuliyyətli istehlakın əhəmiyyəti, mövcud istehlak mədəniyyətinin ətraf mühitə uzunmüddətli təsirləri, eləcə də gənclərin ekoloji davamlılığa töhfə vermələri üçün gündəlik həyatlarında necə daha məsuliyyətli ola biləcəkləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, ekoloji maarifləndirmə və hər bir fərdin istehlak vərdişlərində edəcəyi dəyişikliklər bu sahədə davamlı inkişafa yol aça bilər və gənclər bu prosesin aparıcı qüvvəsinə çevrilməlidir. Bu xüsusda, IDEA tərəfindən həyata keçirilən tədbir və layihələrin ekoloji düşüncə tərzinin formalaşdırılması, gənclərin maarifləndirilməsi, eləcə də sağlam və dayanıqlı həyat tərzinin təşviqi baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb.

Daha sonra sənədli film nümayiş olunub.

Qeyd edək ki, "İndi al! Müştəriyə tələ" sənədli filmi Böyük Britaniyanın "Grain Media" şirkəti tərəfindən istehsal olunub. Rejissor Nik Steysinin ekranlaşdırdığı sənədli filmdə aparıcı beynəlxalq korporasiyalar və elektron ticarət platformaları tərəfindən tətbiq olunan marketinq strategiyaları, müasir istehlak vərdişlərinin ətraf mühitə mənfi təsiri və sözügedən problemin aradan qaldırılması yolları barədə bəhs edilir. Bir sıra qlobal şirkətlərdə müxtəlif rəhbər vəzifələrdə çalışmış şəxslərlə aparılan müsahibələr, müvafiq statistik məlumatlar və nümunələr vasitəsilə bu tendensiyaların doğurduğu risklər filmdə ətraflı işıqlandırılıb.

IDEA İctimai Birliyi hər kəsi gündəlik həyatında məsuliyyətli istehlak vərdişlərini formalaşdırmağa, eləcə də daha yaşıl və dayanıqlı gələcək naminə birgə addımlar atmağa çağırır.


Etiketlər:  Leyla Əliyevanın təşəbbüsü ilə Nizami Kino Mərkəzində sənədli film nümayiş olunub FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ